RU

"Yaşıl iqtisadiyyat"a keçiddə İƏT üzv dövlətlərinin bacarıq boşluqları AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2023-cü ilin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Bazarı Hesabatı və Ətraf Mühit Hesabatındakı ən son məlumatlara əsasən, "yaşıl iqtisadiyyat"a keçiddə İƏT üzv dövlətləri arasında bir neçə mühüm bacarıq boşluğu müəyyən edilib".
"Report" xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramov COP29 çərçivəsində keçirilən "Yaşıl iş və bacarıqlar" mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.
Baş direktor mühüm olan beş əsas bacarıq boşluğunu açıqlayıb: "Birinci və ən əsas bacarıq boşluğu şirkətlərin rəqəmsal sahədə fəaliyyətindədir. İkincisi, günəş, külək və "yaşıl hidrogen" kimi bərpaolunan enerji texnologiyalarının tətbiqindəki texniki bacarıqların boşluğudur. Üçüncü, enerji səmərəliliyini qoruyan bina dizaynı və təkmilləşdirmə sahəsində təcrübə, dördüncü, iqlim risklərinin qiymətləndirilməsi və adaptasiya planlaşdırması bacarıqları üzrə boşluqlardır. Nəhayət, sonuncu bacarıq boşluğu isə gənc nəslin "yaşıl maliyyə" və davamlı biznes modellərini başlatmaq, idarə etmək qabiliyyətindədir".
A. Bayramov qeyd edib ki, bu bacarıq boşluğunu doldurmaq üçün əsas tövsiyələrə işçi qüvvəsinin təlimi, rəqəmsal savadlılığın təşviqi, iqtisadiyyatın diversifikasiyası, çevik qaydaların tətbiqi, innovasiya və sahibkarlığın təşviqi aiddir: "Həmçinin sosial müdafiənin gücləndirilməsi, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi, həssas qrupların, gənclərin və qadınların səlahiyyətləndirilməsi, əməkdaşlıq və tərəfdaşlığın təşviqi də tövsiyələrə daxildir. İqtisadiyyatdakı bu keçid hazırda təlim proqramlarına əhəmiyyətli investisiya tələb edir. Boşluqlar ixtisasartırma və "yaşıl iş yerləri" üçün təkmilləşdirilmiş təlim proqramları və təhsil təşəbbüslərinə ehtiyacın olduğunu göstərir. Təhsil və peşə təliminə hədəflənmiş investisiyalar işçilərin bacarıqlarını artıracaq".
Избранный
236
50
oxu.az

10Источники