RU

Moskvada məktəblilərin kütləvi zəhərlənməsinin təfərrüatları məlum olub

Moskvada məktəblərdən birində ən azı 30 uşaq zəhərlənib.

Qaziler.az xəbər verir ki, bunu zərərçəkən şagirdlərdən birinin anası bildirib. “NEWS.ru” ilə söhbətində o, hadisədən sonra 20-dən çox ailədə virusun başqalarına da keçdiyini qeyd edib.

“Demək olar ki, sinfin bütün uşaqları noyabrın 12-dən 13-nə keçən gecə qaytardı. Bir neçə həyəcanverici amil var idi: hamıda eyni zamanda məişət infeksiyasının simptomları özünü göstərdi. İnkubasiya dövründə  20-dən çox uşağın ailəsində iki və ya üç nəfər sonradan yoluxub”, - xəsarət alan şagirdin valideyni bildirib.

Onun sözlərinə görə, buna səbəb məktəbin bufetində olan su səbəbkardır. Həmsöhbət vurğulayıb ki, valideynlər yeməkxanada olan keyfiyyətsiz yeməkləri istisna edir, çünki zəhərlənən uşaqların heç də hamısı məktəbdə nahar yemirlər.

“Hamı məktəbdə yemək yemir. Amma çoxu su  içməli olur. Və həmin gün bədən tərbiyəsi dərsi olduğundan bütün uşaqlar birlikdə su içməyə gediblər. Zəhərlənən uşaqlar suyu eyni vaxtda içiblər. Hətta bəzi uşaqlar suyun dadından şikayətləniblər”, - deyə şikayətçi valideyn fikirlərini yekunlaşdırıb.

Bu gün Moskvada 50-yə yaxın uşaq zəhərlənib. İlkin ehtimala görə buna səbəb su olub.

QAZİLER.AZ

Избранный
58
qaziler.az

1Источники