RU

DİQQƏT! Uşaqları bu xəstəlikdən qoruyun

Bu gün piylənmə təkcə böyükləri deyil, uşaqları da təhdid edən qlobal sağlamlıq böhranına çevrilib.

Turkustan.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatları bu vəziyyətin ciddiliyini ortaya qoyur. Uşaqlarda piylənmə nisbətinin 30%-ə çatması və yaxın onillikdə 60%-ə yüksəlməsinin proqnozlaşdırılması insanların sağlamlığı üçün həyəcanlı mənzərə yaradır. Mütəxəssis Dietoloq Didəm Yıldız Küçük mövzu ilə bağlı məlumat verib.

Piylənmə uşaqlarda başda hipertoniya olmaqla bir çox xroniki sağlamlıq problemlərinə yol açır. Bu vəziyyət gələcək nəsillərin sağlamlığını ciddi şəkildə təhdid edir və səhiyyə sistemlərinin üzərinə artan yük qoyur. Xüsusilə uşaqlıqda başlayan piylənmənin yetkinlik dövründə də davam etməsi problemin uzunmüddətli təsirlərini daha da kritik edir. . Sağlam qidalanma vərdişlərinin təşviqi və fiziki aktivliyin artırılması kimi profilaktik tədbirlər uşaqlıqda piylənmə ilə mübarizədə vacib addımlardır.

Xüsusilə 6-7 yaş qrupunda olan uşaqlarda səbəbini tam müəyyən etmək mümkün olmayan ilkin hipertoniya hallarının artması diqqət çəkir. Bu artımın ən əhəmiyyətli səbəblərindən biri də çağımızın mühüm sağlamlıq problemlərindən biri olan piylənmədir. Amerika Ürək Assosiasiyasının 2014-cü il məlumatlarına görə, piylənməyə meyilli uşaqlarda hipertoniya riski normal çəkisi olan uşaqlara nisbətən üç dəfə yüksəkdir. Uşaqlıqda aşkar edilən hipertoniya erkən diaqnoz və müdaxilə ilə idarə oluna bilən bir sağlamlıq problemidir. Erkən diaqnoz daha sonrakı yaşlarda baş verə biləcək ürək xəstəlikləri və əlaqəli ölüm nisbətlərini əhəmiyyətli dərəcədə azaldır.

Aytən Yaşar/Turkustan.az

Избранный
29
turkustan.az

1Источники