RU

Uşaq ailədə tərbiyəni kimdən götürür? - VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağın tərbiyəsi, onun şəxsiyyətinin formalaşmasında və dünyaya baxışının yaranmasında ən əsas amillərdən biridir.

Ailədə tərbiyə, ümumiyyətlə, ana, ata və digər yaxın ailə üzvləri tərəfindən verilən birgə təsirin nəticəsidir. Lakin hər bir valideynin və ailə üzvünün rolunun fərqli olduğunu nəzərə alaraq, uşağın tərbiyəsində müxtəlif mənbələr və faktlar əhəmiyyətli olur. 

Bəs, uşaq tərbiyəni ailədə ən çox kimdən götürür?

Bu barədə Hit.az-a açıqlama verən ailə psixoloqu Nəzrin Cavadzadə deyib ki, 

“Uşağın ilk illərində, xüsusilə 0-3 yaş dövründə, ana ən əsas tərbiyəçi olur. Ailənin ən ilkin təhsil mühiti olan evdə ana uşaqla daim yaxın münasibətdə olur və ona: Sevgi və diqqət, Dil inkişafı, Əxlaq və dəyərləri almasına kömək olur. 

Ata, uşağın həyatında başqa bir vacib rol oynayır. Ata ilə münasibətlər daha çox "rəğbət" və "nümunə" üzərində qurulub. Ata ilə yaxşı qurulan münasibət uşaqda özünə inam və sosial bacarıqları, məsuliyyəti, həyatın çətinlikləri ilə başa çıxmağa kömək olur. Tərbiyənin yalnız ananın və ya atanın işi olmadığı, bunun əksinə hər iki valideynin birgə əməkdaşlığı ilə daha sağlam və uyğun bir mühitdə formalaşdığı aydındır. Valideynlər arasındakı əlaqə və uşağın tərbiyəsi ilə bağlı ortaq yanaşma, çox önəmlidir”.

Murad

Избранный
23
hit.az

1Источники