RU

Gürcüstan prezidenti vətəndaşları etiraz aksiyalarını davam etdirməyə çağırıb

Gürcüstan prezidenti Salome Zurabişvili ölkə vətəndaşlarını parlament seçkilərinin nəticələrinə etirazlarını davam etdirməyə çağırıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə TASS məlumat yayıb.

 

Onun sözlərinə görə, cəmiyyət seçkinin nəticələri ilə barışmamaq üçün öz hərəkətlərini davam etdirməlidir.

 

Zurabişvili bu gün küçələrə çıxan və gecə saatlarında aksiyanı davam etdirə bilən vətəndaşları salamlayıb. O, həmçinin istənilən dövlətdə “ölkələrini gələcəyə aparacaq tərəqqinin gücü” olan tələbələri salamlayıb.

 

Bir gün əvvəl Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz edənlərin Tbilisinin mərkəzində çadırlar qurması xəbəri yayılmışdı.

 

Bundan əvvəl məlum olub ki, Gürcüstanın müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları, həmçinin vətəndaş fəalları Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı yürüş keçirirlər.

 

Oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 54,3% səs toplayaraq qalib gəlib. Lakin müxalifətin bir sıra siyasi birlikləri seçkinin nəticələrini qəbul etməyib, Dəyişiklik Koalisiyasının üzvləri hətta deputat mandatlarından belə imtina ediblər.

Bundan əvvəl Gürcüstanda prezident seçkilərinin nə vaxt keçirilə biləcəyi məlum olub.

 

Nigar

 

Избранный
72
6
oxu24.com

10Источники