RU

Azərbaycan Sahibkarlar Konfederasiyası işçi axtarır - VAKANSİYA

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası

Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri

Son tarix 18 dek 2024 - [email protected]

Əsas əmək funksiyaları:

  • sahibkarlar və biznes assosiasiyaları ilə əməkdaşlıq əlaqələrinin qurulması;
  • sahibkarların müraciətlərinin qeydiyyatı və araşdırılması işinin təşkili;
  • sahibkarların qaldırdığı iqtisadi məsələlərin təhlili, onlara dair rəy, arayış və təkliflər hazırlanıb rəhbərliyə təqdim edilməsi;
  • sahibkarların qəbulu, zərurət olduqda onlara şifahi məsləhətlər verilməsi;
  • sahibkarlar üçün təlim və dəstək xidmətlərinin təşkili, onların icrasında iştirak;
  • özəl sektorla bağlı mediada yayımlanan iqtisadi məlumatlar və göstəricilərin təhlili;
  • bazar araşdırmaları məqsədilə sahibkarlar arasında sorğuların təşkili;
  • sahibkarlığın inkişafı sahəsində mütərəqqi layihələr, proqramlar və tədbirlər barədə təşəbbüslər irəli sürülməsi, onların hazırlanması və təşkilində iştirak;
  • Konfederasiyanın üzvləri, komissiyaları və regional nümayəndələrinin zəruri məlumatlarla təmin edilməsi;
  • üzvlər, komissiyalar və regional nümayəndələrin reyestrinin aktuallığının təmin edilməsi;
  • üzvlər arasında işgüzar əlaqələrin qurulmasına təşkilati dəstək, onlar üçün təlim proqramlarının təşkili;
  • komissiyaların işinin təşkili, regional nümayəndələrin işinin koordinasiyası;
  • Konfederasiyanın media vasitələri üçün şöbənin fəaliyyətinə dair məlumatların təmin edilməsi, monitorinqi və təkliflər verilməsi;
  • icraatına verilən sənədlərin araşdırılması, müraciətlərin cavablandırılması;
  • icraatına verilən sənədlərə iqtisadi rəy, arayış və təkliflər verilməsi;
  • şöbədaxili hədəflərin müəyyən olunması və hədəflərin icrasına nəzarət;
  • şöbənin iş planı və fəaliyyətinin nəticələri barədə dövri hesabatların hazırlanması, dövri statistik bülletenlərinə nəzarət;
  • şöbə əməkdaşlarının vəzifə təlimatlarının hazırlanması, onların daxili intizam qaydalarına əməl etməsinə nəzarət və fəaliyyətinin qiymətləndirilməsi;
  • Konfederasiyanın strateji hədəflərinin müəyyən edilməsi və strateji planının hazırlanmasında iştirak.

Namizəd üçün tələblər:

  • ali təhsil (biznes idarəetməsi / iqtisadi menecment ixtisaslarına üstünlük verilir);
  • azı 5 il iş təcrübəsi (biznes idarəetməsi / iqtisadi menecment və ya müştərilərlə iş sahəsində);
  • ingilis dili bilikləri (əlavə rus dili bilikləri arzuolunandır);
  • iqtisadi təhlil və proqnozlaşdırma bacarığı, kreativlik və təşəbbüskarlıq;
  • güclü kommunikasiya qurmaq bacarığı;
  • liderlik və komandanı idarəetmə bacarığı;
  • ofis proqramlarında işləmə bacarığı.

İş şərtləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
  • İş vaxtı 09:00 – 18:00;
  • İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir).

Məlumatlandırıcı qeydlər:

  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
  • CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.

Maraqlanan şəxslər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı - “Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaqdır.

Избранный
33
fed.az

1Источники