Bir müddət "Fənərbağça"nı çalışdırmış Jorje Jezus geri dönür.

Offsideplus.az xəbər verir ki, "Flamenqo"nun klub prezidentliyinə namizəd olan Luiz Eduardo Baptista Jezusu komandanın "sükanı arxası"na gətirmək istəyir. Bu barədə braziliyalı jurnalist Jorje Nikola məlumat yayıb.

Eduardo "Əl-Hilal"la 2025-ci ildə müqaviləsi başa çatacaq olan mütəxəssislə danışıqlara başlamağı planlaşdırır. 

Qeyd edək ki, çalışdırıcı daha öncə "Flamenqo"nun baş məşqçisi olub və klubla Libertadores, Subamerikano, Super kubok, Braziliya Liqa çempionluğu qazanıb.