RU

Fernandu Santuş: "Çıxışımızda müsbətə doğru böyük dəyişiklik var"

UEFA Millətlər Liqasının V turunun İsveç - Azərbaycan matçından öncə yığmamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

“Güclü heyət qurmaq, hər oyunda qələbə qazanmaq istəyirik. Son üç matçda çıxışımızda müsbətə doğru böyük dəyişiklik var. Sabahkı rəqibimiz İsveç millisi hər oyuna xüsusi yanaşır. Biz də rəqibi təhlil edirik, buna uyğun taktika ilə çıxış edəcəyik. İsveçlilər Estoniya yığmasından tam fərqli oyun üslubuna malikdirlər. Keyfiyyətli futbolçulardan qurulan güclü rəqibə qarşı çıxış edəcəyik. Ancaq özümüzə inanmalı və qələbə üçün mübarizə aparmalıyıq. Ümumiyyətlə, elə heyət olmalıdır ki, müdafiə olunmaqla yanaşı, hücumlar qurmağı, təhlükəli vəziyyətlər yaratmağı da bacarmalıdır. Milli komanda üç gündən bir çıxış edir. Bunu nəzərə alsaq, heyətdə bəzi dəyişikliklər ola bilər”.

Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçı saat 23:45-da start götürəcək.

Fernandu Santuş: "Mən sizə ümid vermirəm"

Yurgen Henn: “Futbolda ən önəmli şey nəticədir”

Millətlər Liqası: İspaniya və Portuqaliyadan qələbə - YENİLƏNİB

Andradenin komandasından bərabərlik

Rusiya Bruneyi meydana çıxmağına peşman etdi

Избранный
12
2
apasport.az

5Источники