Türkiyədə DEVA Partiyası sədrinin köməkçisi, Qaziantepdən deputat seçilmiş Ertoğrul Kayanın qardaşı müəmmalı şəkildə ölüb.
Mia.az Türkiyə mətbuatına istandla xəbər verir ki, deputatın 4 uşaq sahibi olan 42 yaşlı qardaşı Mehmet Ali Kaya Qaziantepin İslahiye rayonunda avtomobilində ölü tapılıb.
Məlumata görə, axşam saatlarında İslahiye mahalı Burhaniye məhəlləsində tapançadan açılan atəş səsləri eşidilib: "Ətrafda olanlar səsin eşidiliyi əraziyə yaxınlaşadan maşında qanlar içində olan deputatın qardaşının cəsədi ilə qarşılaşıblar. Maraqlıdır ki, maşın işə salınmış vəziyyətdə olub..."
Məlumata görə, meyit ekspertizaya verilib: "Hadisənin intihar, yoxsa qəsd olub-olmadığı araşdırılır".
Zülfiyyə Mustafayeva
MİA.AZ