RU

“Son üç oyun göstərir ki, düzgün yoldayıq” –Santuş

Son üç oyundakı çıxışımız göstərir ki, düzgün yoldayıq. Sabah bizi İsveçə qarşı çətin görüş gözləyir. Özümüzə inanmalıyıq.

Bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C divizionunda səfərdə İsveç yığmasına qarşı keçirəcəkləri VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, İsveçlə matçda bəzi dəyişikliklər edəcəyini bildirərək deyib: “Hər oyuna fərqli taktika ilə çıxırıq. İsveç komandası da eyni oyun tərzində mübarizə aparmır. Ancaq əsas meydanda futbol fəlsəfəsini yaxşı nümayiş etdirməkdir. Yığmaya gələn gündən müdafiə futbolu oynatmamışam. Hər matça qələbə hissi ilə çıxırıq. Yavaş-yavaş gənc oyunçulara da şans verəcəyik”.

Qeyd edək ki, noyabrın 19-da “Strouberri Arena”da keçiriləcək İsveç-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Избранный
53
39
azpost.info

10Источники