RU

Maskalı şəxslər Vindzor qəsrinə girərək avtomobilləri oğurladılar

İngiltərədə bir qrup maskalı şəxs Vindzor qəsrinin ərazisinə soxularaq qarajdan iki avtomobil oğurlayıb.

 

Sfera.az bildirir ki, hadisə kral Çarlz və kraliça Kamilanın iqamətgahında olmadığı vaxt baş verib. Soyğunçuluq zamanı Kral ailəsinin qalan üzvləri - şahzadə Uilyam və şahzadə Keytlə övladları ilə birlikdə otaqlarında yatıblar. 

 

Qeyd olunur ki, iki maskalı şəxs 6 kiloluq hasarın üstündən keçərək mülkdəki qaraja daxil olub. Onlar oradan tövlədə saxlanılan pikapda yola düşüblər.

 

Qaçaq oğrular oğurlanmış yük maşını ilə kral mülkünün təhlükəsizlik qapılarından zorla keçiblər.

 

Hazırda polis oğruları axtarır.

 

Polis bildirib ki, oğurluq hadisəsi gecə saat 23:45-də (18:45 ET) qeydə alınıb və oğrular kral mülkündəki yardımçı tikiliyə daxil olublar.

 

“Şübhəlilər qara rəngli “İzuzu” markalı pikap və qırmızı rəngli ATV-də qaçıblar”- deyə polisin açıqlamasında bildirilir. Polis hələ ki, heç kim həbs olunmadığını və istintaqın davam etdiyini bildirib.

 

Xatırladaq ki, 2021-ci ilin əvvəlində bir adam Vindzor qəsrinə girərək Kraliça Elizabeti öldürmək istədiyini bildirmişdi.

 

Aynil

 

Избранный
25
sfera.az

1Источники