RU

“Ab-hava əladır, etdiyimiz məşqlər onlar üçün deyil” - Kapitan

“Fasilə dövründə həmişəki qaydada hazırlaşırıq.

Məşqçilər heyətinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq”.

“Kəpəz”in kapitanı Yeqor Xvalko Sportinfo.az-a açıqlamasında milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasiləni şərh edib.

“Sabah”la oyundan sonra istirahətə buraxılan komanda üzvlərin noyabrın 13-də Gəncədə bir raya gəlib. Bəzi futbolçular ümumi məşqlərdə kənarda qalsa da, kollektivdə ümumi ab-hava pis deyil.

Belaruslu legioner fiziki yüklənmələrə daha çox önəm verildiyini gizlətməyib:

“Bu həftəlik plan gündə iki dəfə məşq etməyə hesablanıb. Əsasən fiziki çalışmalar üçün nəzərdə tutulmuş hazırlıq prosesində topu məşqlərə xüsusi yer ayrılmır.

Komandada ab-hava əladır. Son 2 oyunda 4 xal qazanmağımız əhval-ruhiyyəni yüksəldib.

Odur ki, hər kəs məşqlərdə var gücü ilə çalışır. Bu həftəki məşqlər “Araz-Naxçıvan”la matç üçün deyil. Sırf komandanın hazırlığının yaxşılaşdırılmasına hesablanıb.

Növbəti həftədən “Araz”la oyunun təhlilləri və hazırlıqları başlayacaq”.

13 turdan sonra aktivində 7 xal olan “Kəpəz” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

HƏBİB

Избранный
17
sportinfo.az

1Источники