RU

Çörəklərin tərkibindəki bu maddələr xərçəng yaradır

İngilis həkim Tim Spektor araşdırmasında supermarket rəflərində qablaşdırılan çörəklərin bağırsaq xərçənginə səbəb olduğunu və bir çox xəstəliyə səbəb olduğunu açıqlayıb.

News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, o, qablaşdırılmış çörəklərin etiketlərindəki “yüksək lif” ifadəsinin yanıldıcı ola biləcəyini söyləyib.

O qeyd edib ki, çörəklərin saxta turş xəmir dadını aradan qaldırmaq üçün müxtəlif mayalar, bir çox kimyəvi maddələr, o cümlədən dadlandırıcılar və emulqatorlar əlavə edilir.

Həkim deyib ki, emulqatorlar tortlardan tutmuş bir çox məşhur məhsulların tərkibində var.

O, həmçinin emulqatorların bağırsaq sağlamlığı üçün riskli olduğunu, onların bağırsaqda yağ təbəqəsi ilə su təbəqəsi arasındakı ayrılığı pozduğunu, bunun da bağırsaq selikli qişasında boşluq yaratdığını və bakterial infeksiya riskini artırdığını bildirib.

Bağırsaq xərçəngi ilə yanaşı, həzm sistemi ilə əlaqədar müxtəlif xəstəliklərdən qorunmaq üçün mütəxəssislər gündə 30 q lif və meyvə-tərəvəz qəbulunun artırılması lazım olduğunu ifadə ediblər.

Bundan əlavə, araşdırmalar turş xəmir növü olan çovdar çörəyinin tam buğda çörəyi ilə müqayisədə sizi daha uzun müddət tox saxladığını və həzmi asanlaşdırdığını ortaya çıxarıb.

Избранный
14
1
news24.az

2Источники