RU

Şolts Putinlə telefon danışığı ilə bağlı tənqidlərə CAVAB VERDİ

Almaniyanın federal kansleri Olaf Şolts avropalı həmkarlarının tənqidlərinə baxmayaraq, Rusiya lideri Vladimir Putinlə telefon söhbətini düzgün qərar hesab edib.

Qaziler.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.

Şolts bildirib ki, onun nöqteyi-nəzərindən danışıqlar aparmaq düzgün idi. Eyni zamanda o, Vladimir Putinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyində heç nəyin dəyişmədiyini qeyd edib. Onun sözlərinə görə, bu, qəbuledilməzdir.

Qeyd edək ki, noyabrın 15-də Putin və Şolts arasında təxminən iki ildən sonra ilk telefon danışığı olub. Almaniya hökuməti bildirib ki, söhbət zamanı kansler Rusiya dövlət başçısını “ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün” Ukrayna ilə danışıqlar aparmağa çağırıb.

QAZİLER.AZ

Избранный
24
qaziler.az

1Источники