İsveçdə, Norveçdə və Finlandiyada camaata "Müharibədən sağ çıxmaq" adlı kitabçalar paylanılır. Məlumatlara görə, əhaliyə evində azı 72 saatlıq zəruri ərzaq ehtiyatı yaratmaq tövsiyə olunur.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
Aydın Quliyev daha sonra yazır:
Bu nə deməkdir? Hər hansı həvəskar edir bunu? Ya dövlət orqanları paylayır? Hər üçü NATO üzvü olan bu ölkələrdəki belə panikanın arxasında nə dayanır????...
Tahir TAĞIYEV