RU

Sabiq CHP lideri hakim qarşısına çıxacaq

Türkiyədə sabiq CHP sədri Kamal Kılıçdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğanın şikayəti əsasında həbs və siyasi qadağa tələbi ilə açılan iddiada hakim qarşısına çıxacaq. Metbuat.az Habertürk-ə istinadən xəbər verir ki, 22 noyabrda keçiriləcək məhkəmə iclasından əvvəl Kılıçdaroğlu sosial media hesabından videomüraciət edib. "Sıraları sıxlaşdıraq" başlıqlı videoda Kılıçdaroğlu bildirib: "Müdafiə etməyə gedirəm söylədim, amma sanmayın ki, özümü müdafiə edəcəyəm. Mən ora Ərdoğanın etdiyi və etdirdiyi korrupsiyaların hesabını soruşmaq üçün gedirəm".

Çağırışa Ankara Böyükşəhər Bələdiyyə başçısı Mansur Yavaş da dəstək verib. Kılıçdaroğlunun çıxışı ölkə gündəmində geniş müzakirələrə səbəb olub.

Избранный
18
8
metbuat.az

9Источники