Məlum olduğu kimi onun həyat yoldaşı Vanda Nara canlı yayında böyük hay-küyə səbəb olan hərəkətə yol verərək reper L-Gante ilə öpüşmüşdü. Bu azmış kimi daha sonra İkardinin ona ''vatsap''da göndərdiyi sevgi mesajını paylaşaraq argentinalı forvardı axmaq yerinə qoymuşdu. Bütün bunlardan hiddətlənən İkardi vətəninə yollanmış və uşaqları görmək adı ilə Naranı evinə çağırmışdı. Həmin vaxt onlar arasında çox böyük dava-dalaş düşdü. Ertəsi gün Vanda fiziki xəsarət aldığını bildirərək İkardini məhkəməyə verdi.
Onlayn şəkildə keçirilən məhkəmənin artıq ilk iclası da baş tutub. Görünən odu ki, tez-tez küsüb barışan cütlüyün bu dəfə artıq barışmaq ehtimalı qalmayıb. Bu arada İkardinin meneceri Pino Elio Letterio ''Sabah'' nəşrində çalışan ''Qalatasaray'' yazarı Levent Tüzəmənə maraqlı açıqlamalar verərək bunları deyib:
''İkardinin ''Qalatasaray''a gəlməsində Vandanın heç bir rolu olmayıb. Tərəflər çox istəkli idilər və sonda da anlaşma əldə olundu. Amma Vanda hər yerdə danışır ki, guya İkardini ''Qalatasaray''a keçməyə o razı salıb. İkardi Türkiyəyə gəlməklə bəlkə də karyerasının ən doğru addımını atdı. Onun ''Qalatasaray''a olan bağlılığına, sevgisinə heç kim şübhə edə bilməz. İstanbulda da çox xoşbəxtdi. İkardinin yeganə şanssızlığı həyatında Vanda Nara kimi bir qadının olmasıdı. Çünki Vandaya görə Mauronun yığma karyerası məhv oldu. Üstəlik həyatı daim göz önündə olduğu üçün sabitlik yaxalamaqda çətinlik çəkdi. Bu qadın İkardinin həyatında daim çətinliklər çıxararaq onun daha güclü futbolçuya çevrilməsinə mane oldu''.
ƏLİ