RU

Azərbaycan Almaniya ilə iqtisadi əlaqələrin mövcud vəziyyətini müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında yazıb.

 

"COP29 çərçivəsində həmkarım, energetika naziri Pərviz Şahbazovla birgə Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek ilə ölkələrimizin iqtisadi əlaqələrinin mövcud vəziyyəti, Azərbaycanın qlobalenerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirakı, bərpaolunanenerji layihələri, dayanıqlı həllərə keçid və yaşılhidrogen sahəsində təşəbbüslər barədə müzakirələr apardıq", - nazir paylaşımında qeyd edib.

Избранный
41
2
day.az

3Источники