RU

Kurtua məşqlərə başladı

style='margin-bottom:10px;'>

Bir müddətdir zədəli olan “Real”ın qapıçısı Tibo Kurtua məşqlərə başlayıb. 

QOL.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb. Belçikalı qolkiper zədə səbəbindən komandasının son 3 oyununda forma geyə bilməyib. 

Noyabrın 18-də “Real” fasilədən sonra ilk məşqinə çıxıb. Tçuameni, Karvahal, Alaba, Lukas Vaskes və Rodriqo hələ də bərpa dövrünü keçirlər. 

Qeyd edək ki, “Real” növbəti oyununu noyabrın 24-də səfərdə “Leqanes”ə qarşı keçirəcək. 

Избранный
38
teleqraf.com

1Источники