Bakı. Trend:
Moldovada daxili işlər naziri Adrian Efros hökumətdəkidəyişikliklər fonunda istefa verdiyini açıqlayıb.
Trend-inməlumatına görə, TASS-a istinadən baş nazir Dorin Reçan hökumətinsəmərəliliyini artırmaq məqsədilə üç nazirliyə yeni rəhbərlərintəyin edilməsi ilə bağlı məlumat verib.
Baş nazirin sözlərinə görə, Kənd Təsərrüfatı və Qida SənayesiNazirliyinə Lyudmila Katlabuqa rəhbərlik edəcək. Əvvəlki nazirVladimir Bolya isə İnfrastruktur və Regional İnkişaf Nazirliyinəkeçirilir. Daniela Misail-Nikitina isə Daxili İşlər Nazirliyinərəhbərlik edəcək.
Baş nazir Dorin Reçan dəyişikliklərin parlament və prezidentadministrasiyası ilə razılaşdırıldığını bildirib.