RU

Papa Fransisk çağırış etdi

“Aclıq və yoxsulluğa qarşı qətiyyətli və təcili hərəkətə keçin. Bu, mümkün qədər tez aradan qaldırılmalı bir bəladır”. SİA xəbər verir ki, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Rio-de-Janeyro şəhərində keçirilən G20 (Böyük İyirmilik) Liderlər Sammitinin iştirakçılarına ünvanlandığı müraciətində yer alıb.

Roma Papası dünyada davam edən müharibələri pisləyib, G20 qrupunu münaqişə bölgələrində davamlı sülh üçün yeni yollar axtarmağa çağırıb.

“Sələmçilik və xəsisliklə aclığa, ölümə səbəb olan hər kəs qətl törədir. Aclıq cinayətdir, yemək ayrılmaz hüquqdur. Çox vaxt biz ideoloji mübahisələrimizi davam etdirərkən, insanlar aclıq və susuzluqdan ölürlər. Maliyyə spekulyasiyası, balanssız qida sistemləri, eyni zamanda, ölümlərə, köçkünlərin və aclığın artmasına, ətraf mühitin pisləşməsinə səbəb olur. Dünya iqtisadiyyatlarına təzyiq göstərən müharibələr, silahlanmaya xərclənən hədsiz miqdarda vəsaitlər səbəbindən bugünkü düzən pozulur. Dünyada 3 milyard insan qida çatışmazlığından, 2 milyard insan isə artıq çəkidən əziyyət çəkir. Ümid edirəm ki, bu Sammitin müzakirələri və nəticələri gələcək nəsillər üçün daha yaxşı bir dünyanın və firavan gələcəyin tərəqqisinə töhfə verəcək”, - deyə pontifik qeyd edib.

Избранный
61
1
sia.az

2Источники