RU

“G20” Paris İqlim Sazişinin effektiv həyata keçirilməsinin tərəfdarıdır

İyirmilik Qrupu (G20) ölkələrinin liderləri Paris Sazişinin effektiv həyata keçirilməsi ilə iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiq olduqlarını bildiriblər və həmçinin qlobal istiləşməni 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq üçün səy göstərməyə hazır olduqlarını təsdiqləyiblər.

“Report” xəbər verir ki, bu barədə Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun keçirilən iclasının yekun bəyannaməsində deyilir.

Liderlik rolumuzu dərk edərək, Paris Sazişinin gücləndirilməsi, tam və səmərəli icrası yolu ilə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədlərinə nail olmaq üçün güclü öhdəliyimizi bir daha təsdiqləyirik. Biz əsrin ortalarına qədər istixana qazı emissiyalarını və karbon neytrallığını xalis sıfıra çatdırmaq üçün səylərimizi gücləndirəcəyik. Biz iqlim dəyişikliyi ilə bağlı vəziyyətin aktuallığını və ciddiliyini dərk edirik”, - bəyanatda deyilir.

Sənəddə vurğulanıb ki, qlobal istiləşmənin məhdudlaşdırılması iqlim dəyişikliyinin risklərini və təsirlərini əhəmiyyətli dərəcədə azaldacaq.

Избранный
53
2
report.az

6Источники