RU

"O, “Qalatasaray”dan başqa komandada oynaya bilməz"

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk komandada icarə əsasında çıxış edən iktor Oşimenin birdəfəlik transferi haqqında danışıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “Napoli”yə məxsus olan 26 yaşlı hücumçunun birdəfəlik keçidini reallaşdırmaq üçün əlindən gələni edəcəyini deyib:

“Oşimenin transfer maddəsi var. Sərbəst qalma şərti 75 milyon avrodur.

Futbolçu istəyərsə, “Qalatasaray” bütün yolları sınayacaq. Bəlkə indi olmaz, mövsümün sonunda olar.

Oşimen burada xoşbəxtdir.

“Qalatasaray”ın rəhbərliyi, baş məşqçisi və azarkeşləri nigeriyalı hücumçunun burada olmağını istəyir və nə lazımdırsa, edər. O, “Qalatasaray”dan başqa komandada oynaya bilməz”.

Oşimen bu mövsüm “Qalatasaray”ın heyətində 9 matçda 8 qol vurub və 4 qolun ötürməsini verib.

Избранный
5
3
sportinfo.az

8Источники