RU

Bu ilin 9 ayında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,7), Qarabağ (5,6), Dağlıq Şirvan (5,5), Mil-Muğan (5,3), Lənkəran-Astara (5,2), Şirvan-Salyan (5,0), Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və Qazax-Tovuz (4,9) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,8) yüksək olub.

Fuad Mədətov
Fins.az

Избранный
27
fins.az

1Источники