RU

A seriyasının ən yaxşı 25 futbolçusu

Məşhur “Goal.com” internet nəşri 21-ci əsrdə İtaliya çempionatının 25 ən yaxşı futbolçusunun reytinqini dərc edib.

Publika.az xəbər verir ki, ilk üçlüyü əfsanəvi italyan yarımmüdafiəçisi Andrea Pirlo qapayır. “Milan”, “İnter” və “Yuventus”un keçmiş futbolçusu A Seriyasında 493 oyun keçirib, 58 qol vurub, 101 məhsuldar ötürmə edib və 6 çempionluq tituluna sahib olub.

İkinci sırada “imperator” – “Roma” əfsanəsi Françesko Tottidir. Yalnız bir “Skudetto” qazanıb, lakin İtaliya liqasında 618 matçda 250 qol vurub və 160 məhsuldar ötürmə edib.

“Parma” və “Yuventus”da çıxış edən qapıçı Canluici Buffona 21-ci əsrin A Seriyasının ən yaxşı oyunçusu kimi tanınıb. O, İtaliya çempionatında 657 oyun keçirib və 10 dəfə ölkəsinin çempionu olub.

Избранный
38
43
publika.az

10Источники