RU

Nikol Kidman çəkildiyi seks səhnələrindən danışdı

Dünya şöhrətli Hollivud aktrisası Nikol Kidman “Pis qız” adlı erotik trillerindəki canlandırdığı açıq-saçıq obrazından söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi “GQ” dərgisinə müsahibəsində danışıb.

57 yaşlı “Oskar” mükafatlı aktrisa ekran işindəki BDSM səhnələr haqda bu fikirləri səsləndirib:

“Bu dəhşətli, lakin eyni zamanda həyəcan verici idi. Mən buna ehtiyacım olduğu üçün etdim. Mən ekranda heç vaxt seksuallıqdan çəkinməmişəm. Rejissor azadlıq, qadın həzzi haqqında film çəkmək istəyirdi. Və mən bunu etmək istədim”.

Nikol etiraf edib ki, çəkilişlər onun üçün izsiz ötüşməyib. Gecənin ortasında kabuslar və sürətli ürək döyüntüsü ortaya çıxıb.

Kidman deyir ki, filmin çəkilişi 1999-cu ildə çəkilmiş əfsanəvi erotik dedektiv film olan “Geniş qapalı gözlərlə” (kino tarixinin ən uzun çəkilişlərindən biri) 15 aydan çox vaxt aparan filmdən daha çətin idi: 

“Həmin filmdə həddindən artıq çox yaxın planlar var idi. Mən tamamilə çılpaq idim”.

Избранный
32
olay.az

1Источники