RU

Azərbaycanın mobil telefon rabitəsi şirkətləri 10 ayda 1 milyard manatdan çox gəlir əldə ediblər

Azərbaycanın informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,1 faiz artaraq 2 milyard 863,6 milyon manat təşkil etmişdir.

Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Qeyd edilib ki, 2 milyard 863,6 milyon manatlıq dəyərin  72,3 faizi əhali tərəfindən istehlak olunmuşdur. Xidmətlərdən əldə edilən gəlirin 35,1 faizi və ya 1 milyard 4,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

Избранный
35
marja.az

1Источники