RU

Pinqvin ilk dəfə Avstraliyada

Antarktidadan 3500 kilometr uzaqda, Avstraliyanın Danimarka sahil qəsəbəsində ilk dəfə imperator pinqvini aşkar edilib.

Publika.az “Euronews.com” saytına istinadla xəbər verir ki, bu növ pinqvinlər adətən Antarktida ilə məhdudlaşdığı üçün hadisə qeyri-adi və qəribə qarşılanıb.

“Qus” adlandırılan bu yetkin erkək pinqvinin Avstraliyaya necə gəldiyi hələ məlum deyil. Tədqiqatçılar bunun qida axtarışı ilə bağlı olduğunu ehtimal edirlər. Antarktidada dəniz buzlarının rekord səviyyədə azalması da onun doğma mühitindən uzaqlaşmasına səbəb kimi göstərilə bilər.

Vaşinqton Universitetindən biologiya üzrə professor Dee Boersma, hadisəni pinqvinin qida ehtiyacından irəli gələn “çılğın bir macəra” kimi qiymətləndirib. “Qus”un səhhəti narahatvericidir. Normal vəziyyətdə çəkisi 45 kiloqram olan pinqivinin ağırlığı 23 kiloqramdır. Hazırda o, reabilitasiya altındadır və onun Antarktidaya qaytarılması yolları araşdırılır.

Избранный
19
3
publika.az

4Источники