RU

Məhkəmə Azərbaycana və Ermənstana vaxt verdi

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana 2025-ci il noyabrın 12-dək BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyasının pozulması ilə bağlı iş üzrə əks arqumentlər təqdim etmək üçün vaxt verib.

Məhkəmənin məlumatına görə, bu, Azərbaycanın Ermənistana qarşı 23 sentyabr 2021-ci il tarixli şikayəti əsasında başlanmış işdir.

“Cebheinfo.az” bildirir ki, məhkəmə 21 yanvar 2022-ci il tarixli sərəncamı nəzərə alaraq, Azərbaycanın arqumentinin, Ermənistanın isə əks-arqumentinin verilməsi üçün müvafiq müddətlər kimi 23 yanvar 2023-cü il və 23 yanvar 2024-cü il tarixlərini müəyyən etmişdi.

Buna görə də Məhkəmə Ermənistanın əks-arqumentinin təqdim edilməsi üçün son tarix kimi 12 noyabr 2025-ci il tarixini təyin edib və növbəti qərar üçün sonrakı proseduru özündə saxladığını bildirib.

Избранный
23
cebheinfo.az

1Источники