Gəncə Apellyasiya Məhkəməsində Şəmkirdə həmkəndlisini öldürməkdə təqsirləndirilən İdris Alıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 29-na təyin edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Şəmkir rayon İrmaşlı kənd sakini İdris Alıyev həmkəndlisi Fikrət Bağırovu bıçaqlayaraq qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Kamal Məmmədov
Tarix: 19 Noyabr 2024, 09:07