RU

Şimali Makedoniya və Kosovo sərhəd keçidlərini asanlaşdırır

Şimali Makedoniya və Kosovo 2025-ci ildən vətəndaşların sərhədləri keçməsini asanlaşdıracaq.

"Unikal" xəbər verir ki, iki ölkə yanvardan etibarən sərhəd-buraxılış məntəqələrində keçidləri asanlaşdırmaq barədə razılığa gəlib. Gələn ildən etibarən Elez Han və Jazinçe-Globoçiça sərhəd-buraxılış məntəqələrində keçidlərdə “bir pəncərə” prinsipi tətbiq ediləcək.

Cari ilin yanvar-noyabr ayları arasında hər iki istiqamətdə 5 milyonadək sərhəd keçidi qeydə alınıb, bu da 2019-cu ildəki 3 milyon 500 min rəqəmindən əhəmiyyətli dərəcədə çoxdur.

Qeyd edək ki, 2016-cı ilin aprel ayından etibarən Şimali Makedoniya və Kosovo vətəndaşları sərhədi yalnız şəxsiyyət vəsiqələri ilə keçə bilirlər.

Избранный
34
4
unikal.az

5Источники