RU

Brüs Linin müəmmalı ölümü 51 ildən sonra AÇILDI

Brüs Linin müəmmalı ölümü 51 ildən sonra açılıb.

KONKRET.az musavat.com-a istinadən bildirir ki, ispaniyalı həkimlərin sözlərinə görə, ölüm səbəbi nə ağrıkəsici dərman, nə də mafiyanın sifarişi olub, əsas səbəb su olub.

Madrid Elmi İnstitutundan Priskilla Vilyavalso və onun komandası bu barədə Clinical Kidney Journal jurnalında məqalə dərc edib. Onlar Brüs Linin ölümündən sonra aparılan yarılma məlumatlarını təhlil edərək XX əsrin ortalarının  “əjdahası”nda nadir xəstəlik – hiponatremiya aşkar ediblər. Bu xəstəlik böyrəklərin orqanizmdən artıq suyu çıxara bilməməsi ilə xarakterizə olunur. Sadə dildə desək, onun beynində həddindən artıq maye yığılıb.

Onların fikrincə, məhz bu, 20 iyun 1973-cü ildə Brüs Linin beyninin şişməsinə səbəb olub. Nə hansısa quldurların sifarişi, nə də baş ağrısı üçün qəbul edilmiş bir həb və digər konspirasiya nəzəriyyələri buna səbəb olub. Aktyor və Jeet Kune Do ustası öz müsahibələrindən birində çox su içdiyini və suyun onu ruhlandırdığını bildirmişdi. Bu fraqment Basta və Gufun məşhur “ÇP” mahnısı sayəsində də tanınıb.

Избранный
25
4
konkret.az

8Источники