RU

Viruslardan necə qorunaq? – HƏKİM MƏSLƏHƏTİ

Payız-qış xəstəliklər fəsilləri sayılır. Bu mövsümdə müxtəlif viruslar yayılır, yoluxusu xəstəliklər baş qaldırır.

Bəs infeksiyalara yoluxduğumuz zaman nələrə əməl etməliyik?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-cərrah Adil Qeybulla bildirib ki, ümumiyyətlə qış vaxtı müxtəlif infeksiyalar hər zaman baş qaldırıb. Onun sözlərinə görə, bir şeyi nəzərə almaq lazımdır ki, COVİD-19 hələ də epidemiyalar şəklində davam edir. Həkim deyib ki, Omikron ştamının mutasiya variantları da davam edir:

“Bu gün Avropada xeyli koronavirusa yoluxmuş xəstələr var ki, xəstəxanalarda müalicə alırlar. Elə bizim ölkəmizdə də bu cür xəstələr var”.

Müsahibimiz bildirib ki, rotaravirus, qripin özü hal-hazırda geniş şəkildə yayılıb. A.Qeybulla xatırladıb ki, bu yaxınlara qədər uşaqlar arasında qızılca xəstəliyinin də geniş yayıldığı müşahidə edilirdi. Bu səbəbdən də həmsöhbətimiz ehtiyatlı olmağa, qorunmağa çağırır.

Adil Qeybulla: COVİD-19 dönəmindən dərs çıxarmalı, insanlara bunun təbliğini aparmalıyıq

"Koronavirus pandemiyası dövründəki qaydalara riayət etməliyik. Yəni, xəstə olan yerdən mümkün qədər uzaq olmalıyıq, maskadan istifadə etməliyik, xəstə olduğumuz halda yataq rejimində olmalıyıq ki, ətrafımızdakı insanlara da virus keçirməyək. Hər halda COVİD-19 dönəmindən dərs çıxarmalı, insanlara bunun təbliğini aparmalıyıq", - deyə Adil Qeybulla əlavə edib.

Nuriyyə Musayeva

Избранный
10
bakivaxti.az

1Источники