RU

Hesablama Palatası: Azərbaycan bu il 29 milyon tondan çox neft hasil edəcək

Bu il Azərbaycanda neft hasilatı 29,2 milyon ton təşkil edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, ötən illə müqayisədə 3 % azalma deməkdir.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatı 2023-cü ilin eyni dövrünə nisbətən 3,7 % az - 24,15 milyon ton təşkil edib.

Ötən il isə ölkədə əvvəlki illə müqayisədə 7,5 % az - 30,2 milyon ton neft hasil edilib.

Избранный
23
5
ikisahil.az

7Источники