RU

Cənubi Koreya bu qərarla bağlı əvvəlcədən xəbərdarlıq alıb – ÖZƏL

Amerika Birləşmiş Ştatları rəhbərliyinin Ukraynaya Rusiya ərazisinin dərinliklərinə hücumlar etməsinə icazə vermək qərarını Cənubi Koreyanın hakimiyyət orqanlarına əvvəlcədən bildirdiyi iddia edilir. 

Olaylar.az xəbər verir ki, bu barədə Korea Times qəzetinə istinadən Cənubi Koreya Prezidenti Yun Sok Yolun administrasiyası məlumat yayıb.

"Prezident administrasiyası bazar ertəsi bildirib ki, Cənubi Koreya ABŞ-ın uzaq mənzilli raketlərin Ukrayna tərəfindən Rusiya ərazisinə hücumlarda istifadə edilməsinə icazə vermək qərarı ilə bağlı əvvəlcədən məlumat alıb", - xəbərdə qeyd olunur.

Eyni zamanda, G20 sammitində Cənubi Koreya liderini müşayiət edən nümayəndə vurğulayıb ki, bu bildirişə baxmayaraq, Cənubi Koreyanın Kiyevə silah göndərməsi ilə bağlı danışıqlar aparılmayıb.

"ABŞ və Cənubi Koreya müttəfiq olaraq zərurət yarandıqda lazımi silahlarla mübadilə edə bilərlər. Ancaq qeyd etmək istərdim ki, hələ heç bir qərar qəbul edilməyib və xüsusən Ukrayna ilə bağlı ətraflı müzakirələr başlamayıb", - deyə o əlavə edib.

Daha əvvəl ABŞ mediası bildirirdi ki, Donald Trampın prezident seçkisində qələbəsindən sonra Cənubi Koreya Ukraynaya dəstək siyasətini dəyişə bilər. Bunun münaqişənin gedişatına böyük təsir göstərə biləcəyi ehtimal edilir.

Rəsmi Seul indiyə qədər Cənubi Koreyanın Ukraynaya silah tədarük etmədiyini və Rusiyayla sabit münasibətlərə ehtiyac duyduğunu bəyan edib. Lakin Cənubi Koreyanın qanunvericiliyində başqa ölkələrə silah təmin etməyi qadağan edən bir norma mövcud deyil. Bu cür məhdudiyyətlər Xarici İşlər Nazirliyinin göstərişlərində də nəzərdə tutulmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
36
2
olaylar.az

10Источники