RU

Nyu-Yorkda “Türk Evi”nin qarşısında insident baş verdi

ABŞ-nin Nyu-York şəhərində yerləşən "Türk Evi"nin qarşısında bıçaqlanma hadisəsi olub.

Olaylar xəbər verir ki, Manhetten bir adam üç nəfəri bıçaqlayıb, onlardan ikisi ölüb, biri isə ağır yaralanıb. Səlahiyyətlilərin sözlərinə görə, öz qurbanlarını təsadüfi seçib.

Agentliyin məlumatına görə, hadisəni törədən şəxs əvvəlcə Hudson çayı yaxınlığında iş yerində dayanan 36 yaşlı inşaat işçisini öldürüb.

Təxminən iki saat sonra Manhetten adasında 68 yaşlı kişi balıq tutarkən eyni şəxs tərəfindən hücuma məruz qalıb və həyatını itirib.

Digər məlumata görə isə, o, yoldan keçən 36 yaşlı qadına "Türk Evi" yaxınlığında çoxsaylı bıçaq zərbələri endirib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, üçüncü hücumu taksi sürücüsü görüb və yaxınlıqdakı polisə xəbər verib.

Nyu York polis departamenti 51 yaşlı şübhəlinin hadisə yerində həbs olunduğunu açıqlayıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
3
olaylar.az

4Источники