RU

Xam pambığın innovativ və daha səmərəli emalı üzrə yeni zavodlar tikiləcək

Yaxın 3 il ərzində xam pambığın innovativ və daha səmərəli emal olunması üçün yeni zavodlar tikiləcək. Bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına "Prime Cotton" şirkətinin baş icraçı direktoru Rövşən Mahmudov məlumat verib.

Onun sözlərinə görə, yeni emal prosesinə keçid nəticəsində tayalarda yığılan pambığın keyfiyyətinin itirilməsinin qarşısı alınacaq.

"Azərbaycanda istehsal edilən xam pambığın 75 faizi ixraca yönəldilir. Biz tekstil sənayesinin tezliklə inkişafını gözləyirik ki, bu sahədə iplik və tekstil fabrikləri və zavodları inkişaf etsin. Belə olduğu təqdirdə, biz xam pambığın mahlıc kimi satışını dayandırıb daxili bazara yönləndirərik. Bu, ölkənin tekstil sənayesinin inkişafına müsbət təsir edəcək və yeni iş yerlərinin açılmasına şərait yaradacaq",- R.Mahmudov qeyd edib.

Əlavə olaraq bildirilib ki, müəssisədə 6,5 minə yaxın iş yeri yaradılıb və mövsümü olaraq bu göstərici 9 minə çatır. "Bu, olduqca böyük göstəricidir və biz istəyirik bunu getdikcə genişləndirək. Bu da öz növbəsində həm ölkə iqtisadiyyatı, həm də regionların inkişafı üçün çox səmərəli olacaq",- R.Mahmudov əlavə edib.

Hüseyn VƏLİYEV

Избранный
24
1
vergiler.az

2Источники