RU

Paraqvay prezidentinin G20 zirvəsində ürəyi tutdu

Paraqvay Prezidenti Santiaqo Penya ürəyində yaranan ağrılara görə təcili yardım maşını ilə Rio-de-Janeyroda keçirilən G20 zirvəsini tərk edib.

Aktual.az  xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

46 yaşlı prezident xəstəxanaya çatdırılıb.

Məsələ ilə bağlı açıqlama verən Paraqvayın birinci xanımı Letisiya Okampos bildirib ki, ölkə prezidenti həkim müayinəsindən keçib, hazırda özünü yaxşı hiss edir və müayinənin nəticələrini gözləyir.

Избранный
103
3
ulusum.az

10Источники