RU

"UN Women" ilə "Baku Harmoniya" əməkdaşlığı beş əsas istiqamətə yönələcək

Bakı. Trend:

"UN Women" ilə "Baku Harmoniya" təşəbbüsü arasında əməkdaşlıqbeş əsas istiqamətə fokuslanacaq.

Trend xəbər verir ki, bubarədə “UN Women”in iqtisadi hüquqların genişləndirilməsi şöbəsininrəhbəri Cemima Ndzuki COP29 çərçivəsində keçirilən "Fermerlər üçünBaku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinəqarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarınıngenişləndirilməsi" mövzusunda tədbirdə deyib.

""Baku Harmoniya" bizə gender bərabərliyini təşviq etmək vəqadın fermerlər üçün dünya miqyasında transformativ dəyişikliklərəldə etmək üçün unikal bir imkan təqdim edir. Bu paradiqmadəyişikliyi çərçivəsində biz qadınlara və onların təşkilatlarınasərmayələrin dayanıqlı ərzaq sistemləri və iqlim dəyişikliklərinəqarşı dayanıqlığın formalaşdırılmasına yönəlmiş sərmayələr olduğunuqəbul etməliyik. Bu sərmayələr fərdlər, ev təsərrüfatları, icmalarvə ölkələr səviyyəsində fayda gətirəcək", - deyə o qeyd edib.

C.Ndzuki bildirib ki, UN Women "Baku Harmoniya" təşəbbüsü iləəməkdaşlıq etməyə hazırdır və bu əməkdaşlıq beş əsas istiqamətiəhatə edəcək:

Birincisi, fermerlər üçün şokların təsirini azaltmaq məqsədiləsosial müdafiə sistemlərinin genderə həssas formadagenişləndirilməsi vacibdir.

İkincisi, iş şəraitinin yaxşılaşdırılması və qadınlar iləkişilər arasında əməkhaqqı fərqinin azaldılması əsasprioritetlərdən biridir.

Üçüncüsü, qadınların torpaq hüquqları da daxil olmaqla mənbələrəolan hüquqlarına zəmanət verilməlidir.

Dördüncüsü, Qadınlar və qızların üzərinə düşən ödənilməyən işyükünün azaldılması və ədalətli şəkildə paylaşdırılmasıvacibdir.

Beşincisi, gender bərabərliyi, qadın hüquqlarınıngenişləndirilməsi, ərzaq təhlükəsizliyi və qidalanma məsələlərindəhesabatlılığı təmin etmək üçün gender əsaslı məlumatların dahadəqiq və geniş şəkildə toplanması əsasdır.

"Bu beş istiqamət üzrə əməkdaşlıq bizə gender bərabərliyi vəqadın hüquqlarının genişləndirilməsi məqsədinə nail olmaqda mühümaddımlar atmağa imkan verəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
26
az.trend.az

1Источники