Futbol üzrə İspaniya millisi öz rekordunu yeniləyib.
Son Avropa çempionu buna Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrəni məğlub etməklə (3:2) nail olub.
Komanda 2024-cü ildə yoldaşlıq matçları da daxil olmaqla keçirdiyi 17 görüşün 14-də qalib gəlib.
Daha əvvəl yığmanın ən yaxşı göstəricisi 2010-cu ildə dünya çempionu olduğu vaxta təsadüf edib. İspaniya həmin dönəmdə 17 qarşılaşmanın 13-də meydandan qələbə ilə ayrılıb.
Qeyd edək ki, ispanlar son olaraq 2024-cü il martın 23-də Kolumbiyaya yoldaşlıq oyununda yenilib - 0:1.
"Cebheinfo.az"