RU

Aİ missiyası Azərbaycan sərhədində qalmaq istəyir

Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiya başa çatdıqdan sonra 200-dən çox müşahidəçinin burada qalıb-qalmayacağına hələlik aydınlıq gətirməyib.

Bu barədə Avropa İttifaqının səfiri Vasilis Maraqos bildirib.

Onun sözlərinə görə, hələlik yekun qərar yoxdur.

Səfir rəsmi İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib: "Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur".

"Cebheinfo.az"

Избранный
13
5
cebheinfo.az

6Источники