RU

Abxaziyada “prezident” istefa verdi

Abxaziyanın “prezidenti” Aslan Bjaniya və “baş naziri” Aleksandr Ankvab müxalifətlə uzun saatlar davam edən danışıqlardan sonra istefa veriblər. Səkkiz saatdan çox davam edən müzakirələrin nəticəsində hakimiyyət və müxalifət nümayəndələri arasında razılaşma əldə olunub.

Bu barədə “Sputnik Abxaziya” məlumat yayıb.

Razılaşmaya əsasən, “prezident” səlahiyyətlərini vitse-prezident Badra Qunba icra edəcək. “Baş nazir” vəzifəsinə isə keçmiş baş nazir Valeri Bqanba təyin olunacaq.

Lakin bu qərarlar yalnız bir şərtlə həyata keçiriləcək: etirazçılar bu gün hökumət binaları kompleksini tamamilə tərk etməlidirlər. Əks halda, istefa ərizələri geri götürüləcək.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, etirazçılar artıq kompleksdən uzaqlaşmağa başlayıblar. Yeni prezidentin seçilməsi üçün yaxın vaxtlarda növbədənkənar seçkilər keçiriləcək.

Избранный
54
13
7times.az

10Источники