COP29 konfransında yüzdən çox ölkənin pavilyonları yer alır. Bəzi pavilyonlarda iqlim məsələlərinə diqqət çəkmək üçün yenidən emal oluna bilən məhsullardan istifadə etməyə üstünlük verilib.
Bu cür pavilyonlardan biri də İDEA-ya məxsusdur. Ona görə də, bu pavilyon gələn qonaqların diqqətini xüsusilə cəlb edir. Pavilyonda plastik qabların zərərlərinə diqqət çəkmək üçün maraqlı kompozisiyalar qurublar. Hətta plastik qablardan oturacaqlar düzəldiblər.
İsraildən gələn startapçı Ariel Yedvab Bizim.Media-ya bu cür pavilyonları çox sevdiyini və ona ilham verdiyini bildirib.
"Azərbaycana ilk dəfədir gəlirəm. COP29 konfransına gəlməkdə məqsədim startapım üçün maddi dəstək verə biləcək insanları tapmaqdır. Mənim startapım da iqlim məsələlərinə diqqət çəkir və ekoloji cəhətdən yenidən emal oluna bilən məhsulları yaratmağa kömək edir. Bakını isə çox sevdim. Ən çox da yeməklərinizin dadını".
Nuray, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта