RU

Şimali Koreyanın 10 min əsgəri Kursk bölgəsində - Putin İNKAR ETMƏDİ

“Şimali Koreya hərbçilərinin Kursk vilayətindəki döyüşlərdə iştirakı ilə bağlı heç bir təsdiq yoxdur”.

 

Sfera.az bildirir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

 

“Biz KXDR hərbçilərinin Kursk yaxınlığındakı döyüşlərdə iştirakını müstəqil olaraq təsdiq etməmişik, lakin bununla belə, onlar nədənsə Kurska göndərilirlər. Bilirsiniz, onların döyüş əməliyyatlarında iştirak edəcəklərini gözləmək üçün bütün əsaslarımız var. Amma bunu hazırda təsdiq edə bilmərəm” - Sinq qeyd edib.

 

Onun çıxışı Pentaqonun rəsmi saytında dərc olunub. Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, Şimali Koreyadan olan 10 min əsgər artıq Kursk vilayətində rus qoşunları tərəfində döyüş əməliyyatlarında iştirak edir. Bundan əlavə, ABŞ nümayəndəsinin sözlərinə görə, bu qoşunlar Rusiyada artilleriya, pilotsuz təyyarələrdən istifadə və ilkin piyada hazırlığı üzrə təlim keçiblər.

 

Rusiya prezidenti Vladimir Putin isə Şimali Koreya hərbi qüvvələrinin cəbhədə yerləşdirilməsi ilə bağlı məlumatı təsdiq və ya təkzib etməyib. Dövlət başçısı qeyd edib ki, guya Şimali Koreya qoşunlarının hərəkətini əks etdirən peyk görüntüləri müəyyən əhəmiyyət kəsb edir.

 

“Şəkillər ciddi bir şeydir. Şəkillər varsa, deməli, onlar nəyisə əks etdirir”, - Putin vurğulayıb.

 

Günay

Sfera.az

 

Избранный
21
sfera.az

1Источники