RU

“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin gübrə, buğda və yonca toxumlarını satan satıcısına elektron qolbaq taxıldı

Gəncə Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Hüseyn Hüseynzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Hüseyn Hüseynzadə “Aqrar İnnovasiya və Təchizat şirkəti" MMC-də satıcı-anbardar vəzifəsində işləyib. O, çalışdığı dövrdə 2020-2022-ci il tarixlərində olan müddət ərzində MMC-nin anbarından gübrə, buğda və yonca toxumlarını istintaqla müəyyən oluna bilməyən şəxslərə sataraq ümumilikdə 18 830 manat pulu mənimsəyib.


Samux Rayon Məhkəməsinin hökmü ilə Hüseyn Hüseynzadə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


Kamal Məmmədov 




Tarix: 19 Noyabr 2024, 11:16   
Избранный
17
pravda.az

1Источники