RU

Biz daha geniş miqyasda davamlı tullantıların idarə edilməsini genişləndirməliyik - Muxtar Babayev

Bakı. Trend:

Biz daha geniş miqyasda davamlı tullantıların idarə edilməsinigenişləndirməliyik.

Trend xəbər verir ki, bubarədə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziriMuxtar Babayev ” İqlim fəaliyyəti üçün üzvi tullantılardan metanınazaldılması üzrə yüksək səviyyəli tədbir”də çıxışı zamanıdeyib.

O qeyd edib ki, metan güclü istixana qazıdır və tullantı sektoruonun böyüyən əsas mənbəyidir.

“Tullantı sektoru transformasiya və dəyişiklik üçün unikalfürsət təqdim edir. Bugünkü görüş bizim üçün güclü öhdəlikləri,yenilikçi siyasətləri və praktik həlləri bölüşmək üçünşansıdır.

Gəlin bu dialoqu tullantı emissiyalarını azaldan, sağlamlığıqoruyan və davamlı inkişafı dəstəkləyən konkret addımlaraçevirək”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
17
1
az.trend.az

2Источники