RU

Uşaqlarımızın boyunun uzun olması üçün nə etməliyik? – VACİB TÖVSİYƏ

Ölkəmizdə insanları qayğılandıran məsələlərdən biri də uşaqların qısaboy olmasıdır. Bir çox xalqların nümayəndəsi ilə müqayisədə bizim uşaqlar xeyil qısaboyludur.

Bəs, qısaboyluluğun səbəbi nədir?

Suala Azərbaycan həkimləri İctimai Birliyinin sədri Aydın Əliyevin sözlərinə görə, bizdə belə fikir formalaşıb ki, valideynlərin boyu qısadırsa, övlad da qısa olmalıdır:

“Əslində, boy məsələsində genetik faktor var. Ancaq müasir tibb imkan verir ki,  qısa boylu olan uşaqların boyu uzansın. Məsələn, tibb sübut edir ki, normal yuxu boyun uzanmasına kömək edir. Çünki uşaqlarda boy hormonu-somatotropinin orqanizmdə maksimal ifrazı axşam saat 22:00-dan gecə saat 02:00-a qədərdir. Bu saatlarda uşaq mütləq və mütləq yatmalıdır, yuxuda olmalıdır".

Müsahibimiz əminliklə bildirib ki, gec yatan uşaqlarda boy inkişafı ləngiyir:

“Unutmayaq ki, uşaq yatanda, horizontal-üfüqi vəziyyətdə olanda daha asan böyüyür, ayaqüstə olanda qravitasiya boy artımına mane olur. Yaxşı olar ki, uşaqları axşam ac yatızdırasınız. Çünki yemək yeyəndə, xüsusən çörək-karbohidrat-şirniyyat yeyəndə orqanizmdə insulin ifrazı artır, bu isə boy hormonuna antoqonist-əks təsir edərək boy artımını əngəlləyir. Uşaqlar mümkün qədər zülal-ət, yumurta, meyvə-tərəvəz, vitaminli və kalsiumlu qidalar-süd məhsullarını daha çox yeməlidir. Vitamin D-nin qanda miqdarını tez-tez analizlə yoxlatdırın”.

Aydın Əliyev ət məhsullarının bahalaşması səbəbi ilə insanlarda zülal qəbulu azalıb:

“Bu da uşaqların boy artımına mənfi təsir göstərən faktordur. Əgər uşağınızın  boyu sinif yoldaşlarından qısadırsa mütləq uşaq endokrinoloquna müraciət edin. Qoyun səbəi araşdırılsın. Nəticədə boy artımına mane olan səbəb vaxtında aradan qaldırılacaq. Belə halda lazım gələrsə boy hormonu inyeksiyası təyin ediləcək”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
18
36
bizim.media

10Источники