RU

İstanbul körpüsü Özbəkistan bayrağı rənglərində işıqlandırılıb

Bakı, TurkicWorld

İstanbulun Fatih Sultan Mehmet körpüsü Özbəkistan Dövlət Bayrağı gününə həsr olunmuş işıqlandırma ilə bəzənib

TurkicWorld xəbər verir ki, İstanbulun simvolik nöqtələrindən biri olan Fatih Sultan Mehmet (FSM) Körpüsü, 18 Noyabr Özbəkistan Dövlət Bayrağı Gününə həsr olunaraq mavi, yaşıl və ağ rənglərlə işıqlandırılıb.

Bu xüsusi işıqlandırma dünən axşam hava qaraldıqdan sonra başlayıb və səhərə qədər davam edib.

Qeyd edək ki, 18 Noyabr tarixi Özbəkistan üçün mühüm əhəmiyyətə malikdir, çünki 1991-ci ildən etibarən bu gün Özbəkistan Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Избранный
7
turkic.world

1Источники