Bakı. Trend:
Trend BİABakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iləbağlı xəbərlərin keyfiyyəti və həcminə görə liderdir.
Müstəqil platforma olan "Medialogiya"nın araşdırma və monitorinqnəticələrinə əsasən, Trend jurnalistlərinin hazırladığı xəbərlər,materiallar və özəl müsahibələr KİV-də ən yüksək istinadsəviyyəsini nümayiş etdirib.
"Medialogiya"nın məlumatına görə, Trend COP29-u rus dilindəişıqlandıran media qurumları arasında nəşrlərin sayı və onlaraistinad səviyyəsinə görə birinci yeri tutub. Trend-in istinadindeksi 13 098-dir. İkinci yerdə 10 775 balla Day.Az xəbər portalıqərarlaşıb. Reytinqdə daha sonra Rusiya nəşrləri News.ru, TASSinformasiya agentliyi və RİA Novosti müvafiq olaraq 6 744, 6 191 və3 667 balla yer alıblar.
Eyni vəziyyət ingilis dilində yayımlanan nəşrlərdə də müşahidəolunur. Bakıda keçirilən COP29 ilə bağlı ən yüksək istinadindekslərindən biri də məhz Trend-ə məxsusdur.
Trend BİA agentliyin yüksək peşəkarlıq statusunu bir dahatəsdiqləyən özəl materiallar və təhlillər təqdim edərək, COP29-labağlı ən aktual hadisələri oxucuların diqqətinə çatdırmağa davamedəcək.