Ukrayna Silahlı Qüvvələrinin 2022-ci ilin 24 fevralından bəri itkiləri ölü və yaralılarla birlikdə təxminən 906,5 min nəfər təşkil edir.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu ilin 27 fevralında Rusiyanın o vaxtkı müdafiə naziri Sergey Şoyqu xüsusi hərbi əməliyyatın başlanmasından bu yana Ukraynanın itkilərinin 444 min nəfəri ötdüyünü demişdi. Həmin tarixdən bəri Kiyev bütün istiqamətlərdə 462.5 min nəfər itirib”, - məlumatda qeyd edilib.